Dubayda həbs edilən məşhur futbolçu ərəblər üçün oynayacaq – VİDEO
“Spartak”ın keçmiş hücumçusu Kvinsi Promes uzun fasilədən sonra peşəkar futbola qayıdacaq.
Aut.az xəbər verir ki, bu barədə şərhçi Aleksandr Poyda bildirib.
Poyda özünün Telegram kanalında yazıb ki, Promes BƏƏ-nin İkinci Liqa klubu “Yunayted”ə keçəcək. Kvinsi artıq tibbi müayinədən keçib və tezliklə Dubaydan olan komanda ilə müqavilə imzalayacaq.
Fevralın sonunda Promes Dubayda saxlanılıb və o vaxtdan futbolçu BƏƏ-də olub, orada Niderlanda mümkün ekstradisiya ilə bağlı qərarı gözləyir. O, vətənində 7,5 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 1-də “Spartak” 32 yaşlı Promeslə müqavilənin başa çatdığını elan edib.
“Yunayted” Promesin bu addımını sosial şəbəkədə Quincy-nin tibbi müayinədən keçməsinin videosunu yayımlayaraq elan edib.
“Tezliklə böyük xəbər gələcək! “Yunayted” üçün böyük bir imza yaxınlaşır”, – mesajda deyilir.
Aut.az
