“Əl-Nəsr” Ronaldonun sabiq komanda yoldaşını transfer edir
Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabio karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər .
Aut.az xəbər verir ki, bu barədə “Corriere Dello Sport” məlumat yayıb.
Rabio “Əl-Nəsr”in oyunçusu ola bilər . Mənbə Səudiyyə klubunun fransalıya ildə 20 milyon avro ödəməyə hazır olduğunu iddia edir. Həmçinin qeyd edilir ki, “Əl-Nəsr”ın lideri Kriştiano Ronaldo Rabionun transferində israrlıdır.
“Transfermarkt” 29 yaşlı fransalı futbolçunun dəyərini 35 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Andrien və Ronaldo “Yuventus”da komanda yoldaşı olub.
Aut.az
