Paris-2024: Mahmudov çıxışını başa vurdu
Azərbaycan parapauerliftinqçisi Ceyhun Mahmudov (54 kq) Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında mübarizə aparıb.
Aut az xəbər verir ki, final mərhələsində çıxış edən idmançımız 10 iştirakçı arasında 8-ci yeri tutub.
Paris-2024-də Azərbaycan yığmasının hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal var.
