Dünya futbolu

Təsdiqləndi: Federasiya rəsmisi və həyat yoldaşı helikopter qəzasında ölüb

Rusiya Futbol İttifaqı ( RFU ) təşkilatın maliyyə direktoru Arseni Zamyatinin və onun həyat yoldaşının avqustun 31-də Kamçatkada helikopter qəzası nəticəsində həlak olduğunu təsdiqləyib.

“Rusiya Futbol İttifaqı bu faciədə həlak olanların ailələri ilə birlikdə yas tutur. Arsenini futbolu sevən və onu daha da yaxşılaşdırmağa çalışan böyük peşəkar kimi xatırlayacağıq.  RFU Arseninin ailəsinə maddi dəstək verəcək və dəfn mərasiminin təşkili xərclərini ödəyəcək”, – deyə təşkilatın mətbuat xidməti RFU prezidenti Aleksandr Dyukovdan sitat gətirib.

Xatırladaq ki, Mi-8 helikopteri Vaçkajets vulkanından Kamçatkanın Nikolaevka kəndinə uçduqdan sonra əlaqəni dayandırıb. Təyyarənin göyərtəsində 22 nəfərin (19 sərnişin və üç ekipaj üzvü) olduğu vurğulanıb. Təyyarənin qalıqları ekipajının sonuncu dəfə əlaqə saxladığı yerdən 900 metr aralıda aşkar edilib.

Aut.az