Boks

Taysondan güclü zərbələri olan boksçu kim olub? – Əfsanə onu adını açıqladı

İki çəki dərəcəsində şəksiz çempion olan əfsanəvi boksçu Evander Holifild Mayk Taysondan daha güclü zərbə vurmağı bacaran yeganə ağır çəkili idmançının adını çəkdi.

Aut.az xəbər verir ki, Evander Corc Formanı xüsusi olaraq qeyd edib: “Corc Forman. Çox güclü idi. Taysondan daha güclü zərbələri var idi”

Holifild 1991-ci ildə WBA, WBC və IBF titulları uğrunda görüşlərdə Formanı məğlub edib.

O, Taysonla iki dəfə döyüşüb 1996-cı ilin noyabrında Evander gözlənilmədən qalib gəlib və görüş ilin ən yaxşısı kimi tanınıb. 28 iyun 1997-ci ildə revanş matçında Tayson Holifildin qulağının bir hissəsini dişləyib. Buna görə diskvalifikasiya ilə üzləşib və lisenziyasından məhrum edilib.

Aut.az