Dünya futbolu

“Benfika” baş məşqçi postuna görün kimi gətirir

“Yuventus”un keçmiş baş məşqçisi Massimiliano Alleqri “Benfika”ya rəhbərlik edə bilər.

Aut.az xəbər verir ki, bu barədə “ilBianconero” məlumat yayıb.

Məlum olub ki, “Benfika” rəhbərliyi Alleqrini təyinat imkanını ciddi şəkildə nəzərdən keçirir. Hətta italiyalı mütəxəssisin agenti Portuqaliyanın paytaxtı Lissabonda görüntülənib.

Xatırladaq ki, Alleqri 2024-cü ilin yayında “Yuventus”un baş məşqçi postunu tərk edib.

Ötən gün “Benfika” rəhbərliyi komandanın baş məşqçisi Rocer Şmidti istefaya göndərib. Portuqaliya çempionatının 4 turundan sonra komanda 7 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Aut.az