Azərbaycan boks tarixində ilk
Azərbaycanlı beynəlxalq dərəcəli boks hakimi Anar Babanlı hakimlər üzrə ekspert imtahanından uğurla keçib.
Aut.az xəbər verir ki, o, bu nailiyyətə Taylandın paytaxtı Banqkokda gənclər arasında baş tutan Olimpiya Təsnifat Kubokunda imza atıb.
“World Boxing” lisenziya xarakterli yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini, Babanlının bundan sonra hakimlərin işini qiymətləndirəcəyini açıqlayıb. Bu, Azərbaycan boks tarixinə ilk kimi düşüb.
Anar Babanlı Tokio-2020 Yay Olimpiya Oyunlarında, 2 dünya, 10-dan çox Avropa və Asiya çempionatlarında referilik edib.
