Almaniya

Alonsodan məğlubiyyət şərhi: Acıdır

“Bayer”in baş məşqçisi Xabi Alonso Bundesliqanın 2-ci turunda “Leypsiq”ə məğlubiyyəti (2:3) şərh edib.

Aut.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu sözləri deyib:

“Çətindir, acıdır. Məncə, “Bayer” bu məğlubiyyətə layiq deyildi. Bu matçdan çoxlu müsbət və mənfi cəhətləri götürəcəyik. İlk hissədə yaxşı oyun göstərdik. İkincidəki uğurumuzu artırmaq istəyirdik. Amma oyuna nəzarət edə bilmədik və “Leypsiq”ə çox şans verdik. Bu səhvlərdən dərs alacağıq. 2:0 hesabı ilə öndə olanda rəqibinizin geridönüş etməsinə icazə vermək yaxşı deyil”.

Qeyd edək ki, Leverkuzenlilər Almaniya çempionatında 35 matçlıq məğlubiyyətsizlik seriyası başa çatıb. “Bayer” Bundesliqada 36 matçda məğlub olmayan “Hamburq”a çata bilməyib. Ən uzun məğlubiyyətsizlik seriyası isə “Bavariya”ya məxsusdur – 53 oyun.

Aut.az