Avropa Liqası

Avropa Liqasında püşkatma: “Qarabağ” bu səbətdə yer aldı

Bu gün Avropa Liqasında Liqa mərhələsinin püşkü atılacaq.

Aut.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibləri bəlli olacaq. “Football Meets Data”ya görə, səbətlər belə olacaq.

Səbət 1

“Roma”, “Mançester Yunayted”, “Porto”, “Ayaks”, “Reyncers”, “Ayntraxt Frankfurt”, “Latsio”, “Tottenhem”, “Slaviya”.

Səbət 2

“Real Sosyedad”, AZ, “Braqa”, “Olimpiakos”, “Lion”, PAOK, “Fənərbağça”, “Makkabi”, “Ferentsvaroş”.

Səbət 3

“Qarabağ”, “Qalatasaray”, “Viktoriya”, “Bodo-Qlimt”, “Union”, “Dinamo” Kiyev, “Ludoqorets”, “Midtyulland”, “Malmö”

Səbət 4

“Athletik”, “Hoffenhaym”, “Nitsa”, “Anderlext”, “Tvente”, “Beşiktaş”, RFS, “Elfsborq”, FCSB.

Avropa Liqasının yeni mövsümündə qrup mərhələsi olmayacaq. Əvəzində ümumi mərhələdə bir “liqa” çərçivəsində 36 klub mübarizə aparacaq, hər komanda səkkiz rəqiblə qarşılaşacaq.

Komandalar 2023/2024 mövsümü üçün UEFA əmsallarına əsasən hər biri doqquz klubdan ibarət dörd qaba bölünəcək. Hər komanda dörd oyununu evdə, dörd oyunu isə səfərdə keçirəcək.

Aut.az