Vətəndən qaçış: Millinin məşqçisinə ömürlük cəza verildi
Ukraynanın basketbol millisinin məşqçisi Artyom Slipençuk, gənclərdən ibarət komandanın və “Zaporojye BK”-nın oyunçusu Artyom Pokoenko ömürlük diskvalifikasiya olunub.
Aut.az xəbər verir ki, bu barədə Ukrayna Basketbol Federasiyası məlumat yayıb.
Səbəb hər ikisinin xaricdə təlim-məşq toplanışından sonra nəzərdə tutulan vaxt çərçivəsində Ukraynaya qayıtmamasıdır. FBU İcraiyyə Komitəsi yekdilliklə Slipençuk və Pokoenkonun Ukrayna ərazisində hər hansı basketbol fəaliyyətini dayandırmaq qərarına gəlib.
Ukrayna millisinin məşqçilər korpusunda işləməkdən əlavə, Slipençuk son vaxtlara qədər “Çerkassı Mavpı”ya rəhbərlik edib. O, ötən həftə vəzifəsini tərk edib.
Aut.az
