Avropa Liqası: “Yunayted” “Sevilya”ya qarşı
Avropa Liqasının 2022/2023 mövsümünün 1/4 final mərhələsinin püşkü atılıb.
Aut.az xəbər verir ki, Avropa Liqasının 1/4 final mərhələsinin cütlükləri belədir:
“Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya);
“Yuventus” (İtaliya) – “Sportinq” (Portuqaliya);
Bayer (Almaniya) – Union (Belçika);
“Feyenoord” (Hollandiya) – “Roma” (İtaliya).
Yarımfinal mərhələsi isə belə formalaşıb:
“Yuventus” (İtaliya)/Sportinq (Portuqaliya) – “Mançester Yunayted” (İngiltərə)/Sevilya (İspaniya);
Feyenoord (Hollandiya) / Roma (İtaliya) – Bayer (Almaniya) / Union (Belçika).
Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab görüşləri isə aprelin 20-də keçiriləcək.
Yarımfinal oyunları mayın 11-də, cavab görüşləri isə mayın 18-də keçiriləcək.
Final mayın 31-də Budapeştdəki (Macarıstan) “Puşkaş Arena” stadionunda keçiriləcək.
