Avropa Liqası

Avropa Liqasında kim nə qədər qazanıb? – MY 1-cidir, “Qarabağ” isə…

“Mançester Yunayted” cari mövsüm Avropa Liqasından ən çox gəlir əldə edən klub olub.

Publika.az xəbər verir ki, bu barədə “Football Meets Data” məlumat yayıb.

UEFA-nın turnirdə iştirak edən klublara ödəyəcəyi vəsaitlər üzrə “qırmızı şeytanlar” zirvədə qərarlaşıb. Komanda turnir boyunca məğlub olmadan finala yüksəlib və ümumilikdə 36,4 milyon avro gəlir əldə edib.

İkinci yerdə 35,4 milyon avro gəlir ilə “Tottenhem” qərarlaşıb. “İlk üçlüy”ü Norveç təmsilçisi “Bude-Qlimt” tamamlayıb – 26,2 milyon avro ilə.

Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” isə 27-cidir. Ağdam klubu 12,153 milyon avro qazanıb.

Qeyd edək ki, turnirin qalibi əlavə olaraq 6 milyon avro, UEFA Superkubokunda iştirak üçün isə əlavə 4 milyon avro qazanacaq.

 

Avropa Liqasında kim nə qədər qazanıb? - MY 1-cidir, "Qarabağ" isə...