İngiltərə

“Çelsi” yenə qapıçı transfer etdi

“Çelsi” belçikalı qapıçı Genk Mayk Pendersi transfer edib.

Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd olunur ki, 19 yaşlı futbolçu ilə 8 mövsümlük müqavilə imzalanıb. Futbolçu bu mövsüm icarə əsasında “Genk”də keçirəcək.

Transferin məbləği rəsmi olaraq açıqlanmasa da, mətbuatda onun 20 milyon avro olduğu bildirilir.

Qeyd edək ki, bununla “Çelsi”dəki qapıçıların sayı 8-ə çatıb.

Aut.az