“Real” rəhbərliyi Luninə xəbər çatdırdı ki…
“Real Madrid”in qapıçısı Andrey Lunin bu mövsüm komandada qalacaq.
Aut.az xəbər verir ki, bu barədə ispaniyanın “The Athletic” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Madrid klubunun rəhbərliyi ukraynalıya onun 2024/2025 mövsümündə komandada qalmasını istədiklərini bildirib.
Qeyd olunur ki, hazırda tərəflər arasında yeni müqavilənin imzalanması futbolçudan daha çox klubdan asılıdır. Baxmayaraq ki, əvvəllər bunun əksi bildirilirdi.
Lunin 2018-ci ilin yayından “Real Madrid”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 48 qarşılaşmada iştirak edib, 16-da qapısını toxunulmaz saxlayıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.
Tibo Kurtuanın zədəsini sağaltdıqdan sonra Lunin mütəmadi olaraq ehtiyat oyunçular skamyasında oturur.
Aut.az
