İngiltərə

Bir asist etdi, əfsanələri ötdü

İngiltərə Premyer Liqasının 2-ci turunda “Tottenhem” doğma meydanda “Everton”u məğlub edib – 4:0.

Aut.az xəbər verir ki, “mahmızlar”ın yarımmüdafiəçisi Ceyms Maddison Kristian Romeroya məhsuldar ötürmə edib. Bu asist Maddison üçün Premyer Liqa karyerasında 43-cü olub.

“Squawka”nın məlumatına görə, ingilis yarımmüdafiəçi bu göstəricidə Mikel Arteta, David Jinola və Canfranko Zolanı (hər biri 42) ötüb.

Aut.az