ÇL-də MY-nin başına bir bu gəlməmişdi
Heç də yaxşı günlərini yaşamayan “Mançester Yunayted” daha bir uğursuz statistikayla üzləşib.
Aut.az xəbər verir ki, “qırmızı şeytanlar” klub tarixində ilk dəfə Çempionlar Liqasında 2 top fərqi ilə öndə olduğu qarşılaşmadan məğlub ayırlıb. İngiltərə təmsilçisi “Kopenhagen”lə 4-cü turu çərçivəsində keçirilən səfər oyununda bu halla üzləşib.
45-ci dəqiqəyə kimi 2:0 hesabı ilə öndə olan Erik Ten Haqın yetirmələri “Yunayted” tarixində ilk dəfə ÇL matçında iki top fərqli üstünlük əldə etdikdən sonra məğlub olub.
Ümumiyyətlə isə “qırmızı şeytanlar” sonuncu dəfə belə məğlubiyyəti 2014-cü ildə yaşayıb. Komanda həmin vaxt Premyer Liqanın “Lester”ıə oyununda (3:5) 2 top fərqli üstünlüyü əldən verib.
Aut.az
