Məişət zorakılığı ittihamlarından xilas oldu
Rayan Giqqz məişət zorakılığı ittihamlarından azad edilib.
Aut.az xəbər verir ki, bu gün – iyulun 18-də prokurorlar “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisinə qarşı açılmış işi dayandırıblar.
Hakim Hilari Manli Rayanın bütün ittihamlar üzrə günahsız olduğuna dair qərar verib.
Qeyd edək ki, 2021-ci ilin aprelində uelsli iki qadına hücum etməkdə ittiham edilib. İttihamlara görə, o, 2020-ci ilin noyabrında o, Uorslidəki evində keçmiş sevgilisi Keyti yaralayıb və kiçik bacısı Emmaya hücum edib.
O, həmçinin 2017-ci ilin dekabrından 2020-ci ilin noyabrına qədər davranışlarında məcburiyyət və nəzarət elementləri olmaqda ittiham olunub. Giqqz bütün ittihamları rədd edib.
