Qaydasız döyüş

Şon Həbiblə İslamı bu siyahıya saldı: Konor axmaqdır

UFC çempionu Şon O’Malli tarixin ən yaxşı döyüşçüləri qrupuna nə vaxt qoşula biləcəyi haqda danışıb.

“UFC-nin siması? İndi 100% Konordur. O, hələ də axmaqdır, amma bundan çıxış yolu da yoxdur. Bu səviyyəyə çatmaq üçün Merabı nokaut etməliyəm, yüngül çəkiyə qalxmalı və Topuriya və ya Holloveyi nokaut etməli, sonra qayıdıb Umar Nurməhəmmədovu məğlub etməliyəm. Beləliklə, tarixin ən böyüklərindən biri olmaq üçün üç mübarizəm var. Və ya ən böyük deyil, ən möhtəşəmlərindən biri.

Heç kim Konorun əla döyüşçü olduğunu düşünmür. Onun bəzi boşluqları var və o, kifayət qədər titul müdafiəsi üçün döyüşməyib.

Amma şou göstərir, bunda tayı-bərabəri yoxdur.

Ən böyük döyüşçülərdən danışırıqsa, Con Cons, Həbib, İslam Maxaçev və başqaları indi zirvədədir. Mən təkcə böyük döyüşçü deyil, həm də möhtəşəm olmaq istəyirəm. Bu, mənim məqsədimdir”, – O’Malli ESPN-ə deyib.

Aut.az