Haaland Suaresi ötdü
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqanın 2-ci turunun matçında (4:1) “İpsviç”in qapısına üç qol vurub.
Aut.az xəbər verir ki, 24 yaşlı forvard İngiltərə Premyer Liqasında 7-ci het-trikinə imza atıb. O, bu göstəriciyə görə əcnəbi futbolçular arasında reytinqdə Luis Suaresi (6 het-trik) keçərək üçüncü pilləyə yüksəlib.
Buna nail olmaq üçün Haalanda 68 oyun lazım olub. O, əcnəbilərdən yalnız Tyerri Anri (258 matçda 8) və Serxio Aquerodan (275 matçda 12) geri qalıb.
Aut.az
