İtaliya

Kvaratsxeliya ata oldu – FOTO

“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya və xanımı Nitsa Tavadze ilk valideynlik sevincini yaşayıblar.

Aut.az xəbər verir ki, onların Damyan adlı oğulları dünyaya gəlib.

“Həyatımın ən xoşbəxt günü. 21/08/24. Damyan Kvaratsxeliya”, – deyə Xviça sosial şəbəkələrdə yeni doğulmuş oğlunun şəklinin altında yazıb.

“Napoli” 23 yaşlı futbolçuya ilk övladının görmək üçün Gürcüstana getməyə icazə verib.

Qeyd edək ki, Xviça Nitsa ilə 2023-cü ilin oktyabrında evlənib.

Aut.az

 

View this post on Instagram

 

A post shared by Khvicha Kvaratskhelia (@kvara7)