Dünya futbolu

Ronaldo yenə titul qazana bilmədi: Qol vursa da…

Səudiyyə Ərəbistanı Superkubokunun finalında “Əl-Hilal” “Əl-Nəsr”ə qalib gəlib (4:1).

Aut.az xəbər verir ki, birinci hissənin sonunda Kriştiano Ronaldo “Əl-Nəsr”i hesabda irəli çıxarsa da, ikinci hissədə yalnız “Əl-Hilal” fərqlənib.

Hesabı 55-ci dəqiqədə Sergey Milinkoviç-Saviç bərabərləşdirib, ardınca 8 dəqiqə ərzində Aleksandr Mitroviç dubla imza atıb, “Zenit”in keçmiş futbolçusu Malkom isə son nöqtəni qoyub.

“Əl Hilal” beşinci dəfə və ardıcıl ikinci dəfə Səudiyyə Ərəbistanı Superkubokunu qazanıb.

Aut.az