Tennis

Alkaras Monfilslə oyunda raketkasını niyə sındırıb?

İspaniyalı tennisçi Karlos Alkaras “Cincinnati Masters”da Qael Monfilsə qarşı uduzduğu matç haqda danışıb.

Aut.az xəbər verir ki, Alkaraqs oyunda raketkasını niyə sındırdığına da aydınlıq gətirib.

“Bu matçda yaxşı nəsə tapmaq çətindir. Ona görə də onu unudub ABŞ Açıq çempionatına keçmək istəyirəm. Mən Nyu Yorka gedəcəyəm və belə kortlara öyrəşmək üçün yaxşı məşq etməyə çalışacağam. Və bu matçı unudacağam, çünki fikrimcə, bu matçda yaxşı heç nə yox idi.

Mənə elə gəldi ki, bu, karyeramın ən pis matçıdır. Mən oynaya bilmədim. Düzünü desəm, bu turnirdə çox yaxşı məşq etdim. Əvvəlki günlərdə özümü əla hiss edirdim, topa dəqiq vururdum, yaxşı hərəkət edirdim. Nə baş verdiyini bilmirəm. Bu hissləri necə keçirdiyimi bilmirəm, amma özümü saxlaya bilmirdim. Mən daha yaxşı ola bilməim. Ona görə də bu görüşdə qalib gəlmək mümkün olmadı.

Bəzən raketkanı sındırmaq istədiyimi hiss edirdim. Belə vəziyyətlərdə özümü idarə edə bildiyim üçün əvvəllər belə olmayıb. Çox vaxt özümü idarə edə bilirəm və əvvəllər yaşadığım matçlarda və ya vəziyyətlərdə hər şey daha yaxşı getdi. Bu gün özümü saxlaya bilmədim, çünki dediyim kimi, yaxşı tennis oynamadığımı hiss etdim. Düşünürəm ki, bəzi idmançılar karyerası ərzində müəyyən məqamlarda özlərini idarə edə bilmirlər. Və mənim üçün bu, o anlardan biri idi”, – Alkaras bildirib.

Aut.az