Azərbaycan futbolu

“Kəpəz”lə “Sumqayıt”ın ev qələbəsi

Əvəzedicilər Liqasında 3-cü turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.

“Kəpəz-2” “Turan Tovuz-2” ilə ev oyunundan qalib ayrılıb. “Sumqayıt-2” də “Səbail-2” ilə görüşdə qələbə qazanıb.

Əvəzedicilər Liqası
3-cü tur
18 avqust

“Kəpəz-2” – “Turan Tovuz-2” 2:0
Qollar: Amur Yusifov, 70. Nihat Fərəci, 90+4.

“Sumqayıt-2” – “Səbail-2” 2:1
Qollar: Ruslan Əliyev, 11. Şükür Cəfərli, 45+2 – Bəhram Köçərli, 55.