Əfsanə “Qızıl top”u qazanmamasında haqsızlıq görmür: Xavi və İnyesta…
İtaliyanın əfsanəvi futbolçusu, hazırda “Sampdoriya”nın baş məşqçisi olan Andrea Pirlo futbolçu karyerası ərzində heç vaxt “Qızıl top”u qazana bilməməsi barədə danışıb.
Aut.az xəbər verir ki, əfsanə bunda heç bir haqsızlıq görmədiyini bildirib.
“Çoxları deyir ki, mən ən azı bir “Qızıl top”a layiq idim… Düşünürəm ki, Xavi və İnyesta bütün nailiyyətlərinə rəğmən onu qazanmayıblarsa, mən hətta namizəd kimi qəbul edilməməliyəm!” – “X” sosial şəbəkəsində “Barça Worldwide” 45 yaşlı Pirlodan sitat gətirib.
Xatırladaq ki, Pirlo İtaliya millisinin üzvü kimi 2006-cı ildə dünya çempionatının qalibi olub. O, həmçinin “Milan” və “Yuventus”la İtaliyanın yerli futbol titullarının dəfələrlə qalibidir. İtaliyalı futbolçu karyerasını bitirdikdən sonra “Yuventus”u, eləcə də “Fatih Karagümrük”ü çalışıdırıb.
Aut.az
