Dünya futbolu

Enrike ona butulka atdı, oyundan sonra isə… – FOTO

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa çempionatının 1-ci turunda komandalar arasında baş tutan qarşılaşmada “Havr”ın ehtiyat oyunçular skamyasına tərəf su butulkası atıb.

Aut.az xəbər verir ki, “Havr”ın baş məşqçisi Didye Diqard ehtiyat hakimə üz tutub. Görüş başa çatdıqdan sonra Enrike Diqardan üzr istəyib.

Oyundan sonra Digar deyib: “Bu vəziyyət Luis Enrike ilə münasibətimizi qətiyyən pisləşdirmir. Butulkanı atdı, amma məni görmədi. Enrike bunu qəsdən etməyib”, – “RMC Sport” Diqarın sözlərindən sitat gətirir.

Qarşılaşma PSJ-nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Enrike ona butulka atdı, oyundan sonra isə... – FOTO

Aut.az