Dünya futbolu

FİFA Avropa ölkələrinə təzyiq göstərəcək – Rusiyaya görə

FİFA prezidenti Canni İnfantino Avropa federasiyalarına, xüsusən də FİFA-nın maliyyə dəstəyindən asılı olan federasiyalara Rusiya komandalarının və idmançılarının beynəlxalq turnirlərdə iştirakı ilə bağlı mövqelərini yenidən nəzərdən keçirmək üçün təzyiq göstərə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Lateral Web” jurnalisti Nauel Lanzon məlumat verib.

Lanzon vurğulayır: “Rusiya futbolunun beynəlxalq arenada gələcəyi qeyri-müəyyən olaraq qalır, lakin İnfantinonun son hərəkətləri FİFA-nın onun potensial qayıdışı üçün zəmin hazırladığını göstərir. Görünür, “əməliyyat dönüşü” artıq tam sürətlə gedir”.

Xatırladaq ki, Rusiya komandaları 2022-ci ildən beynəlxalq yarışlarda iştirak etmir.

Aut.az