“Çelsi”yə keçmək üçün görün nə etməyə hazırdır
“Atletiko”nun hücumçusu Joao Feliks “Çelsi”yə keçmək üçün maaşını əhəmiyyətli dərəcədə azaltmağa hazırdır.
Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Klublar arasında danışıqlar hələ də davam edir. Tərəflər transfer məbləği ilə bağlı razılığa gəlməyiblər. London klubunun Felikslə yalnız öz şərtləri ilə müqavilə bağlamağa hazır olduğu vurğulanır.
Feliks ötən mövsümü icarə əsasında “Barselona”da keçirib və 44 oyunda 10 qol vurub və 6 məhsuldar ötürmə verib.
Aut.az
