Millimiz bu gün təsnifat mərhələsində ilk oyununu keçirəcək
Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində ilk oyununu keçirəcək.
Aut.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv səfərdə Avstriya seçməsi ilə üz-üzə gələcək.
B qrupundakı qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Azərbaycan yığması bir həftə sonra Bakıda Belçika komandasını qəbul edəcək.
