Dünya futbolu

Ulduz futbolçu MLS-ə gəlişindən danışdı: Messiyə qarşı yenidən oynamaq gözəl olacaq

“Los-Anceles Qalaksi” komandasının yeni oyunçusu Marko Roys MLS-ə keçməsi haqda danışıb.

Aut.az xəbər verir ki, o, bu sözləri deyib:

“Lionel Messiyə qarşı yenidən oynamaq gözəl olacaq. Onunla klub və milli komandada 2-3 dəfə qarşılaşmaq imkanım olub. Bu, yenə baş verəcək”.

Qeyd edək ki, Roys “Qalaksi” ilə 2,5 il müddətinə müqavilə bağlayıb. Alman futbolçunun son komandası 2012-2024-cü illərdə çıxış etdiyi Dortmund “Borussiya”sı olub.

Aut.az