“Zirə”nin “Omoniya” ilə səfər oyununun hakimləri bəlli oldu
“Zirə”nin UEFA Konfrans Liqasının pley-off mərhələsində “Omoniya” ilə keçirəcəyi hər iki oyunun vaxtı açıqlanıb.
Aut.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ilk görüş avqustun 22-də Nikosiyada təşkil olunacaq.
GSP arenada keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Həmin qarşılaşmanın hakim təyinatları da bəllidir. Belə ki, Kiprdəki oyunu Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Yuri Frişer olacaq. Ona Veiko Motsnik və Sander Saqa kömək edəcək. Kristo Küllyastinen ehtiyat hakim kimi çalışacaq. Kristo Tohver VAR, Yonas Yanovits isə AVAR kimi iş başında olacaq.
Komandalar arasında cavab matçı avqustun 29-da “Liv Bona Dea Arena”da keçiriləcək. Həmin oyun saat 20:00-da başlayacaq.
