Bu ölkə də Olimpiya Oyunlarını keçirmək istəyir
Polşa 2040 və ya 2044-cü illərdə Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün iddialı olacaq.
Aut.az xəbər verir ki, bu barədə Baş nazir Donald Tusk məlumat verib.
“Əslində biz uzun aylardır ki, Polşada keçiriləcək Olimpiya Oyunları arzusunu gerçəkləşdirmək üçün çalışırıq. Bu hədəfin real olub-olmadığını həyat göstərəcək. Biz buna ciddi yanaşacağıq.
BOK-un ilkin qərarlarını, öhdəliklərini və bəyanatlarını nəzərə alsaq, haqqında danışa biləcəyimiz real perspektiv 2040 və ya 2044-cü ildir”, – deyə PAP Tuskdan sitat gətirib.
Aut.az
