Ançelotti ərəblərin Vinisiusa təklifindən danışdı
“Real”ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Vinisius Juniorun Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna mümkün keçidi ilə bağlı informasiyalara münasibət bildirib.
Aut.az xəbər verir ki, o, “Vinisius Səudiyyə Ərəbistanına keçə bilərmi” sualına qısa şəkildə cavab verib:
“Belə bir şey yoxdur. Bu, bazar spekulyasiyasıdır”.
“Əl-Əhli” braziliyalı futbolçunun idman tarixindəki ən böyük müqaviləni – təxminən 1 milyard avro dəyərində olan 5 sözləşmə təklif etdiyi barədə məlumatlar yayılıb.
Aut.az
