Dostu Messinin DÇ-2026 perspektivi haqda: Min dəfə təkrar etməyə hazıram
“Mançester Siti”nin və Argentina millisinin sabiq hücumçusu Serxio Aquero Lionel Messinin 2026-cı il dünya çempionatında mümkün iştirakı haqda danışıb.
Aut.az xəbər verir ki, Leonun yaxın dostu bu haqda birmənalı fikir bildirməyib:
“Mən bunu min dəfə təkrar etməyə hazıram: qərarı Messi özü verəcək. Nə seçim etsə, mən onu qəbul edəcəm. Kaş ki, Leo həmişəlik oynaya bilsəydi, amma bu real deyil.
Messi Argentina millisində nə qədər oynayacağını və ümumilikdə peşəkar karyerasını nə qədər davam etdirəcəyini müstəqil müəyyənləşdirmək hüququnu qazanıb”.
Aut.az
