Dünya futbolu

Qəzəbləndi: şokolad zibildən hazırlana bilməz

“Ayaks”ın sabiq müdafiəçisi Ronald de Bur klub rəhbərliyinin uğursuz nəticələrə səbəb olan qərarlarını kəskin tənqid edib.

Aut.az xəbər verir ki, Ronald bu barədə İspaniyanın “Marca” nəşrinə açıqlamasında bildirib.

“Bu qədər ikinci dərəcəli oyunçuları cəlb etmək və onların ən yüksək səviyyədə çıxış edəcəklərini düşünməyin mənası yoxdur. Bu sərt səslənə bilər, amma şokolad zibildən hazırlana bilməz. Mən situasiyadan çox narahatam, bunun hara aparacağını bilmirəm”, de Bur deyib.

“Ayaks” Hollandiya çempionatında keçirdiyi 6 oyundan sonra cəmi 5 xalla 16-cı yerdədir.

Aut.az