Dünya futbolu

Maradona ilə Messini elə müqayisə etdi ki…

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola əfsanəvi Dieqo Maradona ilə “İnter Mayami”nin hücumçusu Lionel Messini müqayisə edib.

Aut.az xəbər verir ki, Qvardiolanın sözlərini “Calciomercato”  sitat gətirib.

“Mən Maradona və Messinin oyununu görmüşəm. Messi nə ilə fərqlənir? Mövsümöncəsi Asiya turunu xatırlayıram. Argentinadan yorğun gəlmişdi. İlk hissə 0:0 bitmişdi və o, ehtiyat oyunçular skamyasında oturmuşdu. Turnirin təşkilatçısı yaxınlaşıb dedi: “Messini buraxın, yoxsa sizə pul verməyəcəyik”. Son 20 dəqiqədə Leonun het-triki sayəsində 3:0 hesablı qələbə qazandıq.

Maradona öz zamanının ən güclü oyunçusu idi, amma orada gördüklərimdən sonra… Bağışlayın, Leo tamam başqa şeydir”, –

Ümumilikdə Maradona klub karyerası ərzində 492 oyun keçirib 258 qol vurub. Dieqo Argentina millisində keçirdiyi 91 oyunda 34 qol vurub.

Aut.az