İspaniya

Gələn həftə “Barsa”da vida mərasimi olacaq

“Barselona”nın kapitanı Serxi Roberto klubu tərk edir.

Aut.az xəbər verir ki, “Mundo Deportivo”nun məlumatına görə, “Barsa” gələn həftə 32 yaşlı futbolçu ilə vida mərasimi təşkil edəcək.

Serxi Roberto 2010-cu ildən bütün karyerasını “Barselona”da keçirib. Keçən mövsüm o, bütün turnirlərdə 24 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az