Basketbol

Lebrondan onunla şəkil çəkdirmək istəyən yeniyetməyə qarşı kobudluq – VİDEO

İnternetdə ABŞ basketbol yığmasının lideri Lebron Ceymsin Olimpiadada qalib gəldikdən sonra avtoqraf istəyən gənc oğlanı itələməsi ilə bağlı video yayılıb.

Aut.az xəbər verir ki, Lebron komandasının qələbəni qeyd etdiyi gecə klublarından birinə gəlib. Maşından düşən kimi bir oğlan dərhal ona yaxınlaşaraq “Bu, Lebron Ceymsdir” deyərək şəkil çəkdirməsini xahiş edib.

Lebron əlini yelləyərək nəsə deyərək kobud şəkildə imtina edib. Bir neçə saniyə sonra o, jurnalistlərin qarşısında rəqs edib.

Aut.az