Qvardioladan etiraf: İngiltərə millisini çalışdıracaq?
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola gələcəklə bağlı planları ilə bağlı sualı cavablandırıb.
Aut.az xəbər verir ki, 53 yaşlı mütəxəssis İngiltərə yığmasına rəhbərlik edə biləcəyini etiraf edib:
“Həyatımla nə etmək istədiyimə qərar verməliyəm. Mən burada qala, fasilə verə, milli komandaya rəhbərlik edə bilərəm… Amma indi buradayam və yeni mövsümü səbirsizliklə gözləyirəm!”
İyulda İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt öz istəyi ilə postunu tərk etmək qərarına gəlib.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Bu müddət ərzində “şəhərlilər” 6 dəfə İngiltərə çempionu olub, həmçinin Çempionlar Liqası, Avropa Superkuboku və Klublararası Dünya Kubokunu qazanıb. Onun “Siti” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Aut.az
