Klubun sahibi ilə görüşdə nədən danışıblar?
“Tottenhem”in kapitanı Harri Keyn klubun sahibi Daniel Levi ilə görüşüb.
Aut.az xəbər verir ki, bu barədə məlumatı “Tottenhem”in baş məşqçi əvəzi Rayan Meyson verib.
“Düşünürəm ki, Levi üçün oyunçuların hazırda nə düşündüklərini anlaması vacib idi. Bu, hər birimizin harada olduğumuz və bu mövsümdə mümkün olan ən yaxşı nəticələrə nail olmaq üçün nə etməyə çalışmalı olduğumuz haqqında səmimi söhbət idi” – deyə BBC Sport Meysondan sitat gətirib.
“Tottenhem” hazırda Premyer Liqanın turnir cədvəlində 5-ci yerdədir. Keynin londonlularla müqaviləsi 2024-cü ilin yayında başa çatır.
Aut.az
