Voleybol

Paris-2024: Türkiyə yığması yarımfinalda

Türkiyə millisi qadın komandalar arasında olimpiya voleybol turnirinin ilk yarımfinalçısı olub.

Aut.az xəbər verir ki, 1/4 final mərhələsində Çinlə qarşılaşan Türkiyə beş setdə qalib gəlib – 23:25, 25:21, 26:24, 21:25, 15:12.

Yarımfinalda Türkiyə millisi İtaliya-Serbiya matçının qalibi ilə qarşılaşacaq.

Aut.az