Voleybol

“Xilasedici” “Azərreyl” ə qalib gəldi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III tura yekun vurulub.

Aut.az xəbər verir ki, günün ilk matçında “Xilasedici” “Azərreyl”lə üz-üzə gəlib.

Qarşılaşma birincilərin qələbəsi ilə başa çatıb – 3:1 (19:25, 25:23, 25:18, 26:24). İkinci oyunda “Murov Az Terminal” “Gənclər”ə şans verməyib – 3:0 (25:14, 25:14, 25:13).

Qeyd edək ki, ötən gün “Neftçi” MOİK-i məğlub edib – 3:0.