Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start verilib.
Aut.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu mərhələdəki ilk oyununu keçirib.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-offa vəsiqə uğrunda Bolqarıstan çempionu “Ludoqorets”lə mübarizə aparır. Bu komandaların ilk oyunu Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Üç qolun qeydə alındığı görüş Azərbaycan çempionunun gözlənilməz məğlubiyyəti ilə yekunlaşıb.
Cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda keçiriləcək.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
20:00. “Qarabağ” – “Ludoqorets” 1:2
Qollar: Juninyo, 64 – Dinis Almeyda, 54, Vidal, 87.
Baş hakim: Urs Şnider
Tofiq Bəhramov adına Respublika stadionu
“Qarabağ”: 97. Fabiyan Buntiç, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 27. Toral Bayramov, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 2.Mateus Silva, 20. Riçard Almeyda, 24.Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19.Redon Cica, 44. Elvin Cəfərquliyev
“Ludoqorets“: 39. Hendrik Bonmann, 3. Anton Nedyalkov (k), 24. Oliver Verdon, 4. Dinis Almeyda, 17. Son, 30. Pedro Naressi, 23. Deroy Duarte, 6. Yakub Pyotrovski, 11. Kayo Vidal, 37. Bernard Tekpetey, 9. Kvadvo Duah