Çempionlar Liqası

Karvaxala şillə vurdum, sonra “ov” başladı: Riberi o oyunu xatırladı – FOTO

Frank Riberi 2014-cü ildə “Real Madrid”ə qarşı ÇL-də yarımfinalın ikinci oyununu xatırlayıb.

Aut.az xəbər verir ki, o vaxt Madrid “Bayern”i səfərdə 4-0 hesabı ilə məğlub etmişdi (iki oyundan sonra 5-0). Münhen komandası zəif idi və qonaqlar gərginliyi daha da artırdı.

Riberi də özündən çıxıb. Onun sözlərinə görə, hər şey Dani Karvaxal ilə münaqişədən başlayıb:

“Mübahisədən sonra Karvaxala şillə vurdum – bundan sonra ov başladı, Serxio Ramos və Pepe matç boyu mənə təzyiq göstərdilər”.

Riberi deyir ki, ona elə gəlirdi ki, futbol oynamır, yaşamaq üçün mübarizə aparır:

“Topu hər dəfə ələ keçirəndə mənə elə baxırdılar ki, sanki məni öldürmək istəyirlər. Pepe topla heç oynamadı – mənə qarşı oynadı”.

Aut.az

Karvaxala şillə vurdum, sonra “ov” başladı: Riberi o oyunu xatırladı – FOTO