Çempionlar Liqası

Ha çalışdı, amma onun soyadını düz deyə bilmədi – VİDEO

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun “Milan” – PSJ oyunundan (2:1) sonra fləş müsahibədə gülməli vəziyyət yaşanıb.

Aut.az xəbər verir ki, “CBS Sports”un aparıcısı Keyt Abdo “rossonerilər”in hücumçusu Olivye Jirudan Ceymi Karraqerin onun soyadını (ingilis onu “Giroud” adlandırır) düzgün tələffüz etmədiyi üçün əsəbiləşib-əsəbiləşmədiyini soruşub.

37 yaşlı hücumçu cavab verib ki, İngiltərədə 9 il oynadığı üçün buna öyrəşib, daha sonra teleaparıcıların istəyi ilə “Liverpul”un əfsanəsinə fransız dili dərsi keçib.

Amma dərs də nəticə verməyib. Ceymi “Jiryu”, “Jilyu” və “Juyu” deyə bilib.

Aut.az