PSJ “ilk səkkizliy”ə düşmək şansını itirib?
PSJ UEFA Çempionlar Liqasının əsas mərhələsindən birbaşa 1/8 finala çıxmaq şansını itirib.
Aut.az xəbər verir ki, bu barədə “Opta” statistika portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, Paris təmsilçisinin “ilk səkkizlik” arasında yer alması ehtimalı sıfıra bərabər olsa da, 9-24-cü yerləri tutmaqla pley-off mərhələsinə vəsiqə qazanmaq şansı 55% təşkil edir.
Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda PSJ səfərdə “Bavariya”ya 0:1 hesabı ilə uduzub.
5 turdan sonra Fransa nəhəngi 4 xal toplayaraq Çempionlar Liqasının turnir cədvəlində 26-cı yerdə qərarlaşıb. 8-ci yerlə xal fərqi 7-dir. PSJ son matçını “Zalsburq” (səfər), “Mançester Siti” (ev) və “Ştutqart”a (səfər) qarşı keçirəcək.
Aut.az
