BOK boksla bağlı açıqlama: Daha təşkil etməyəcəyik
Bu gün, avqustun 2-də Parisdə gündəlik brifinqdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) nümayəndəsi Mark Adams boks idman növü barədə açıqlama verib.
Aut.az xəbər verir ki, o, Olimpiya Komitəsi bundan sonra boks üzrə olimpiya turnirləri təşkil etməyəcəyini bildirib:
“BOK həmişə inklüzivlik və ədalətlilik arasında balans tapmağa çalışır. Bu çətin məsələdir və biz buna diqqət yetirməli olacağıq. Ona görə də ümid edirik ki, 2028-ci il Olimpiadasında bu idman növü nəinki möhtəşəm olacaq, həm də mənşəyindən asılı olmayaraq bütün sosial kateqoriyalardan olan insanların üstünlüklərini nəzərə alacaq. Amma biz beynəlxalq federasiya deyilik, ona görə də daha olimpiya boks turnirini təşkil etməyəcəyik. Ümid edək ki, gələcəkdə belə bir təşkilat yaranacaq”.
Xatırladaq ki, iyulun 23-də Umar Kremlevin rəhbərlik etdiyi Beynəlxalq Boks Assosiasiyası (ABB) tanınmış federasiyalar siyahısından çıxarılıb. Bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Parisdə keçirilən sessiyası zamanı qəbul edilib.
Aut.az
