PFL-in yeni himni – VİDEO
Peşəkar Futbol Liqasının (PFL) yeni himni hazırlanıb.
Aur.az xəbər verir ki, himnin sözləri Cavid Şahbazbəyova, musiqisi İsa Məlikova aiddir. Milyonlarla ürəyə yol tapmış futbolu, ona sevgini özündə ehtiva edən himndə azarkeşlərin hiss və həyəcanı, futbolda azarkeş-oyunçu vəhdəti kimi ideyalar ifadə olunub.
Qeyd edək ki, himn stadionların infrastrukturuna əsasən futbolçuların meydançaya çıxma məsafəsindən asılı olaraq 3 ölçüdə tərtib olunub.
