Dünya futboluİspaniya

16 yaşlı futbolçu möhtəşəm qol vurdu, “Real” dərhal təklif göndərdi – VİDEO

İyulun 29-da “River Pleyt”in hücumameyilli yarımmüdafiəçisi Franko Mastantuono oyunun 87-ci dəqiqəsində “Sarmiento”nun qapısına cərimə zərbəsindən möhtəşəm qol vuraraq komandasına qələbə qazandırıb (1:0).

Aut.az xəbər verir ki, “Real” dərhal hərəkətə keçərək 16 yaşlı futbolçuya görə təklif göndərib. Mastantuononun müqaviləsində sərbəst qalma məbləği 45 milyon avro olsa da, “Real” onu daha az məbləğə almağa ümid edir. AS-ın məlumatına görə, “kral klubu” “River Pleyt”ə 25 milyon avro təklif edib.

Aut.az