Dünya futbolu

Ronaldonun formada qalmasının üç sirri

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo formada qalmasının üç sirrini açıqlayıb.

Aut.az xəbər verir ki, ulduz bu barədə sosial şəbəkədə yazıb:

“Yuxu, ağır iş və bərpa. Yeni mövsüm, eyni hədəf”.

39 yaşlı Kriştianu Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Ötən 2023/2024 mövsümündə o, klubda bütün turnirlərdə 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar ötürmə edib, o cümlədən Səudiyyə Ərəbistanı Pro Liqasında 35 qol vurub.

2024-cü il Avropa çempionatının seçmə turnirində Ronaldo Portuqaliya millisinin heyətində 9 oyun keçirib, 10 qol vurub və bir məhsuldar ötürmə edib.

Aut.az