ŞOK! Belçikadakı qələbəsi əlindən alındı
“Mercedes” komandasının sürücüsü Corc Rasselin Belçika Qran Prisindəki qələbəsi əlindən alınıb.
Aut.az xəbər verir ki, buna səbəb onun maşınının çəkisinin aşağı olmasıdır. Rassel stüardların yanına çağırılıb. Çünki onun maşını limitdən 1,5 kq yüngül olub.
Finişdən sonra çəkinin nəticələrinə görə, avtomobil 765,5 kq olub. Rasselin yarışdan diskvalifikasiya edilməsindən sonra onun komanda yoldaşı Lyuis Hemilton qalib olub. İlk üçlüyü “Maclaren”dən Oskar Piastri və “Ferrari”dən Çarlz Lekler tamamlayıb.
Aut.az
